Rusiyda Ufa sakini avtomobilini cərimə meydançasından götürmək üçün bir torba narkotiklə gəlib.
Avtosfer.az istinadən xəbər verir ki, bu barədə Başqırdıstan yol polisinin rəisi Vladimir Sevastyanov məlumat verib.
Onun sözlərinə görə, 42 yaşlı sürücü sərxoş halda yol polisi əməkdaşları tərəfindən saxlanılııb və o, tibbi müayinədən keçməkdən imtina etdikdən sonra avtomobil cərimə meydançasına aparılıb.
Həmin şəxs “Honda Civic” markalı avtomobilini buraxılması üçün yol polisi alayının administrasiyasına gəlib.
Nəzarət-buraxılış məntəqəsində ona qadağan olunmuş əşyaların olub-olmadığı yoxlanılıb və şübhəlidən bağlama aşkar edilib.
İfşa edilən şəxs qaçmağa çalışsa da, polislər tərəfindən küçədə saxlanılıb. Bağlamanın içərisində olan yaşıl rəngli maddə ekspertizaya göndərilib və çantada narkotik tərkibli çətənə olduğu müəyyən edilib.
Onun ümumi çəkisi 1 qrama yaxın olub.
Əlavə araşdırma üçün saxlanılan şəxs yaxınlıqdakı polis şöbəsinə aparılıb.
Namiq Musayev