RU

"Serbiya Rusiya əleyhinə isteriyaya qoşulmayacaq" - Serbiya baş nazirinin müavini

"Belqrad öz neytrallığını saxlayır və Rusiya əleyhinə sanksiyalara qoşulmayacaq..."
 
Serbiya baş nazirinin müavini Aleksandr Vulin Vladimir Putinlə görüşmək üçün Rusiyaya səfərə gəlib.
 
Moderator.az xəbər verir ki, bu barədə Fransanın "Le Fiqaro" nəşri yazıb.
 
Serviya baş nazirinin müavini, ölkənin xüsusi xidmət orqanının sabiq rəhbəri Aleksandr Vulin bu gün, Serbiyanın "Rafale" qırıcılarını əldə etdikdən bir həftədən də az müddət sonra Rusiyaya səfərə gəlib. 
 
ABŞ sanksiyalarının altında olan Vulin 2023-cü ilin noyabrında Təhlükəsizlik və İnformasiya Agentliyinin rərbəri postundan istefa verib. "Birləşmiş Ştatlar və Avropa İttifaqı Serbiyaya qarşı sanksiyalar tətbiq etməmək üçün mənim başımı tələb edir", - o zaman o, bəyan edib.
 
Vulin Aleksandr Vuçiçin yazda son seçkilərdə qələbə qazandıqdan sonra baş nazirin müavini təyin edilib. 
 
Serbiya Kreml tərəfindən Ukraynaya hərbi müdaxilə ediləndən sonra Rusiyaya qarşı sanksiyalar tətbiq etməyib, Moskva ilə yaxşı münasibətlər saxlayır və Aleksandr Vulin bunun arxitektorlarından biridir.
 
Avqust ayının sonunda Fransa Serbiya və "Dassault Aviation" şirkəti arasında 12 ədəd "Rafale" qırıcılarının alışı üzrə sövdələşmə bağlanmasına kömək edib. Bununla da Belqradı indiyədək serblərə qırıcılar tədarük edən Moskvadan uzaqlaşdırmağa ümid edib.
 
"Rafale" qırıcılarının alışı hərbi-texniki xarakterli mülahizələrə görə edilib, - bunu ertəsi gün Aleksandr Vulin deyib. - Bu, heç bir halda Serbiya ilə Rusiya Federasiyası arasında münasibətlərə neqativ təsir göstərməyəcək. Belqrad öz neytrallığını saxlayır və Rusiya əleyhinə isteriyaya və ya Rusiya əleyhinə sanksiyalara hər-hansı formada qoşulmayacaq".
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
74
moderator.az

1Источники