RU

Kobaxidze: “Qlobal müharibə tərəfdarlarıABŞ-nin Gürcüstanla bağlı qərarlarına təsir edir”

Qlobal müharibə tərəfdarları ABŞ-nin Gürcüstanla bağlı qərarlarına təsir edir.

 

7Times.az  xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

 

Baş nazir qeyd edib ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Gürcüstanda “Xarici agentlər haqqında” qanunun fəaliyyət göstərməsindən danışarkən əlavə tədbirlərin görülməsini istisna etməyib. O, “Gürcü Arzusu” üzvlərinə və deputatlara qarşı tətbiq edilən sanksiyaları və 95 milyon dollarlıq yardımın dayandırılmasını da xatırladıb.

 

“Qlobal müharibə tərəfinin konkret strukturlara, o cümlədən ABŞ-də və çox təəssüf ki, Dövlət Departamentində ciddi təsiri var. Ona görə də 95 milyon dollara gəlincə, biz bu pulun mahiyyətini öyrənə bilmədik. Sadəcə olaraq, biz hansı 95 milyondan söhbət getdiyini başa düşə bilmədik”, – deyə İ.Kobaxidze bildirib.

 

“Gürcü Arzusu” liderlərinin fikrincə, qlobal müharibə tərəfi xaricdə Gürcüstanı müharibəyə sürükləməyə və Rusiyaya qarşı “ikinci cəbhə” açmağa çalışan güclü siyasətçilərdir.

Sfera.az

Избранный
120
17
7times.az

10Источники