RU

Rusiya ABŞ-ı hədələdi: Vaşinqton Moskvanın “qırmızı xətlərini” bilir və onlarla zarafat etməsin

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Ukraynaya 900 km-dən çox mənzilli qanadlı raketlər ötürməyi planlaşdırması ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirib.

Rusiyalı nazirin sözlərinə görə, ABŞ hakimiyyəti Ukraynaya silah tədarükü məsələsində “özlərinə qoyduğu həddi keçib”. O əlavə edib ki, Vaşinqton Moskvanın “qırmızı xətlərinin” harada olduğunu bilir və onlarla zarafat etməməyə çağırıb. “Burada bizim “qırmızı xətlərimiz”lə zarafatlaşırlar. Bizim “qırmızı xətlərimiz”lə zarafat etməyə ehtiyac yoxdur. Və onlar (Amerika hakimiyyəti ) harada olduqlarını çox yaxşı bilirlər”, – deyə Lavrov jurnalist Pavel Zarubinə şərhində bildirib.

Nazir əlavə edib ki, mediada qanadlı raketlərlə bağlı yayılan xəbərlər doğru çıxsa, o, təəccüblənməyəcək. Onun sözlərinə görə, ABŞ-ın Ukrayna ilə bağlı bu siyasəti Respublikaçılar və Demokratlar partiyaları arasında gedən mübarizənin nəticəsidir. “Demokratların Respublikaçılardan üstün olması üçün güc mübarizəsi və ya əksinə, ən azı indilik getdikcə daha çox eskalasiyaya səbəb olur” – Lavrov deyib. “Reuters” mənbələri iddia edir ki, ABŞ səlahiyyətliləri bu payızda Ukraynanı uzun mənzilli hava-yer raketləri ilə təchiz etməyə başlaya bilər. Agentliyin nəşri aydınlaşdırır ki, JASSM raketləri yalnız ABŞ-da hazırlanmış təyyarələrə inteqrasiya olunur. Ehtimal olunur ki, Ukrayna F-16 qırıcılarından daşıyıcı kimi istifadə edə bilər.

//Samir Qurbanov, Editor.az

Избранный
56
50
editor.az

10Источники