Xəbər verdiyimiz kimi, ötən gün Rusiya qoşunları Ukraynanın Poltava şəhərinə ballistik raketlərlə hücum edib.
Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski zərbələr nəticəsində ölən və yaralananların son sayını açıqlayıb.
Ukrayna lideri bildirib ki, Rusiyanın Poltavaya endirdiyi zərbələr nəticəsində 51 nəfər ölüb, 271-i isə yaralanıb.
Onun sözlərinə görə, dağıntılar altında qalanların axtarışları davam edir.
Qeyd edək ki, hücumda həlak olanlar üçün üç günlük matəm elan edilib.
Bu məqamda Poltava şəhərinin hərbi əməliyyatlardan əvvəl və sonrakı görüntülərini təqdim edirik:
Müharibədən əvvəl Poltava:
Müharibədən sonra Poltava:
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun