Amerikanın Google korporasiyası tərtibatçılar üçün Android 15-in rəsmi versiyasını təqdim edib.
Doğru.az xəbər verir ki, bu barədə “Android” bloqunda məlumat verilib.
“Bu gün biz Android 15-i buraxırıq və mənbə kodunu Android Açıq Mənbə Layihəsi (AOSP) vasitəsilə əlçatan edirik”, – yazıda deyilir.
Android 15-in yaxın həftələrdə Pixel smartfon istifadəçilərinə təqdim ediləcəyi dəqiqləşdirilir. Daha sonra digər cihazlara endirilə bilər.
Nəşr qeyd edir ki, açıq mənbə hər kəsə Android-in inkişafına töhfə verməklə yanaşı, onun necə işlədiyini başa düşməyə imkan verəcək.
Bundan əvvəl məlum olub ki, X sosial şəbəkəsi tətbiqdə videokonfrans formatını sınaqdan keçirməyə başlayıb.
DOĞRU.AZ