RU

General: Ukrayna Qərbin məsləhəti olmadan da qalib gələ bilər

General:

NATO-nun Avropadakı keçmiş komandanı Flip Bridlav bildirib ki, Ukraynanın Rusiyanın Kursk bölgəsinə uğurlu hücumu onun Qərbin məsləhətinə arxalanmadan da mürəkkəb hərbi əməliyyatlar apara biləcəyini göstərir.

Reyting.az
“Business Insider”ə istinadla xatırladır ki, Ukrayna qoşunları avqustun 6-da Rusiya sərhədini keçərək, əvvəlki strategiyadan fərqlənən çox riskli addım atıb.

General Bridlav Ukraynanın hərbi əməliyyatını uğurlu hesab edir. Onun sözlərinə görə, bu addım ərazinin özündən kənarda əks-səda doğuracaq və Rusiya lideri Vladimir Putin üçün adi rusların öz liderlərinə və hərbçilərinə münasibəti ilə bağlı böyük problemlər yaradacaq.

Generalın fikrincə, bu, Ukraynanın Qərbin iştirakı olmadan necə böyük qələbələr qazana biləcəyini göstərir.

Bridlav deyib ki, Kurskun işğalı Qərbdən çox da istiqamət almadan həyata keçirilib və yaxşı nəticə verib: “Kursk bölgəsinə hücum, görünür, Qərb tərəfdaşlarına əvvəlcədən məlumat verilmədən həyata keçirilib”.

ABŞ Hərbi Hava Qüvvələrinin istefada olan generalı olan Bridlav Ukraynanın Kurskdakı uğurunu keçən il Ukraynanın geniş əraziləri geri ala bilmədiyi böyük əks-hücum əməliyyatı ilə müqayisə edərək bildirib ki, həmin əks-hücum zamanı Qərb və digər tərəfdaşlar Ukraynaya bir çox məhdudiyyətlər qoyublar. General hesab edir ki, Ukrayna Kursk vilayətində olduğu kimi cəsarətli davransaydı, daha uğurlu olardı: “İnanıram ki, Ukrayna keçən il belə bir təşəbbüsdən istifadə edə bilsəydi, biz fərqli nəticə əldə edərdik”.

General Qərb siyasətçilərinin Ukraynanı məhdudlaşdırdığına inanır, çünki Putin onları Ukraynanın qalib gələcəyi təqdirdə bunun böyük nəticələri olacağına inandıra bilib.

Bridlav əlavə edib ki, Qərbin Ukraynaya qoyduğu məhdudiyyətlər dəyişməlidir:

“Əgər Ukrayna Rusiya texnikası və personalı Ukraynaya çatana qədər onların tədarükünü vura bilsə, məncə, Ukrayna bu müharibədə qalib gələ bilər”.

General Kurskun böyük strateji uğur olub-olmadığını dəqiq söyləməyi hələ tez hesab edir.

E. KAMAL
Избранный
112
39
reyting.az

10Источники