RU

Çin indi də «Airbus» və «Boeing»lərin bazarını əlindən alır – 1000 TƏYYARƏ SİFARİŞ EDİLİB

Çin şirkətləri daha bir sahədə dünyanın tanınmış şirkətləri ilə rəqabətə başlayıblar. 

FED.az xəbər verir ki, söhbət indiyədək liderliyi mübahisə doğurmayan ABŞ-ın «Boeing» və Avropa Birliyinin «Airbus» şirkətlərindən gedir. 

Çin istehsalı olan «COMAC» təyyarələri artıq böyük sifarişlər almağa başlayıb. 

Çində «Airbus A320» və «Boeing 737»nin əvəzedicisi sayılan «COMAC C919» təyyarələrinin istehsalı yeni səviyyəyə yüksəlib. Artıq məlumdur ki, 2024-ci ildə Çində 30 ədəd «COMAC C919» istehal olunacaq. 2027-ci ildə bu rəqəm 150-yə yüksələcək. 

«COMAC C919» - Çin istehsalı olan ensizgövdəli, orta məsafələr üçün nəzərdə tutulan təyyarədir, O «Airbus A320» və «Boeing 737»nin əsas rəqibi sayılır.

Hazırda Çinin aviaşirkətləri «Airbus» və «Boeing»dən imtina edərək tədricən yerli təyyarəyə keçirlər. Məlumat üçün bildirək ki, sürətlə inkişaf edən Çin bazarı təyyarə şirkətləri üçün ən vacib sahədir. Təkcə onu demək kifayətdir ki, hazırda «COMAC» şirkəti özünün «C919» modeli üçün 1000 təyyarə sifarişi toplayıb. Bu sifarişləri Çinin aviaşirkətləri verib, onların arasında dövlət şirkəti «Air China» da var. 

«COMAC C919» təyyarəsi «CFM International LEAP 1C» mühərrikləri ilə təmin edilib, 5555 kilometrə uça bilir, maksimal sürəti saatda 963 kilometrdir. 

ÇinÇin
Избранный
74
fed.az

1Источники