Sentyabrın 4-də 70 saylı Neftçala seçki dairəsindən namizəd olmuş Vəfa Nağıyeva növbədənkənar parlament seçkiləri ilə bağlı mətbuat konfransı keçirib. Nağıyeva qeyd edib ki, seçki kütləvi qanun pozuntusu ilə müşayiət olunub. O, bununla bağlı Mərkəzi Seçki Komissiyasına da şikayət etdiyini bildirib.
Vəfa Nağıyeva seçki kampaniyası başlayandan problemlər və maneələrlə üzləşdiyini deyib: "Tənzilə Rüstəmxanlının adamları təşviqat kampaniyası boyunca afişalarımızı cırırdılar.
Dairə Seçki Komissiyasına və Mərkəzi Seçki Komissiyasına şikayətlərimizə baxılmadı. İnzibati resurslardan Rüstəmxanlının xeyrinə istifadə olunurdu, onun seçicilərlə görüşlərinə dövlət qurumlarının, büdcə sahəsinin əməkdaşları göndərildi. Yerli hakimiyyət mənimlə görüşməmək üçün əhaliyə təzyiq göstərdi", deyə o, qeyd edib.
O bildirib ki, seçki günü hər yerdə saxtakarlıq, bülletenlərin toplu şəkildə atılması, "karusellər" və müşahidəçilərə təzyiq halları baş verib.
Vəfa Nağıyevanın səlahiyyətli nümayəndəsi, hüquqşünas Xalid Bağırov seçkilərdə fəallığın süni şəkildə şişirdilməsinə diqqəti çəkib: "Bir məntəqədə Tənzilə Rüstəmxanlıya 66, Nağıyeva 51 səs verilib, digər məntəqədə Nağıyeva 92, Rüstəmxanlı 40 səs toplayıb. Başqa bir məntəqədə isə Nağı 140, Rüstəmxanlı 112 səs toplayıb. Lakin Mərkəsi Seçki Komissiyasının məlumatına görə, Rüstəmxanlı 5806, Nağı isə 3122 səs toplayıb".
Hüquqşünasın sözlərinə görə, demək olar ki, əhalinin olmadığı İkinci Mayak kəndində seçici iştirakı 72% səviyyəsində göstərilib, bu da Rüstəmxanlının lehinə səsləri artırmaq üçün edilib.
Vəfa Nağıyeva seçkinin nəticələrinə etiraz edəcəyini və hüquqları bərpa edilməsə, Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəyini bildirib. Rəsmi rəqəmlərə görə, həmin dairədən ən çox səs toplanış Tənzilə Rüstəmxanlı, deyilənlərlə bağlı hələlik açıqlama verməyib.
Sentyabrın 4-də Mərkəzi Seçki Komisisyasının sədri Məzahir Pənahov növbədənkənar seçkilərlə bağlı şikayətlərin və sosial şəbəkələrdə yayılan video-görüntülərin araşdırılacağını deyib. O bildirib ki, müraciətlər aidiyyəti yerdə araşdırıldıqdan sonra MSK-da baxılacaq.
Azərbaycanda sentyabrın 1-də növbədənkənar parlament seçkiləri keçirilib.
Seçkiləri ATƏT Parlament Assambleyasının 60 deputatı və ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun monitorinq missiyasının 300 üzvü də müşahidə edib. Sentyabrın 2-də ATƏT Müşahidə Missiyası və ATƏT Parlament Assambleyasının nümayəndələri seçkilərin beynəlxalq standartlara cavab vermədiyini, seçkilərin demokratik keçirilmədiyini bəyan edib. Lakin Azərbaycan hakimiyyəti bir qayda olaraq bu iddialarla razılaşmır, ölkədə keçirilən seçkiləri şəffaf adlandırır.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта