ABŞ Respublikaçılar Partiyasının Cənubi Karolinadan olan senatoru Lindsey Qrem HƏMAS-ın Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarı öldürməklə hədələyib.Amerikanın "Fox News" telekanalına verdiyi müsahibədə Qrem bildirib ki, Respublikaçılar Partiyası 2024-cü il ABŞ prezident seçkilərində qalib gəlsə, HƏMAS-ın yeni siyasi lideri Sinvarı mühakimə etməkdənsə öldürmək niyyətindədirlər.ABŞ Ədliyyə Nazirliyinin HƏMAS-ın 6 liderinə qarşı iddianamə hazırlandığı açıqlamasına münasibət bildirən Qrem deyib: "Biz burada cinayətlə mübarizə aparmırıq. Sinvarın ədliyyə naziri Merrik Garland tərəfindən mühakimə olunmağı vecinə deyil. Günləriniz sayılı, dostum səni mühakimə etməyəcəyik, səni öldürəcəyik". O, Donald Trampın Yaxın Şərq siyasətini tərifləyərək ABŞ-ın çəkindirici gücünü itirdiyini, prezident Co Bayden və onun müavini Kamala Harrisdən heç kimin qorxmadığını bildirib.Respublikaçı senator həmçinin bildirib ki, ABŞ administrasiyası husilərin Qırmızı dənizdəki gəmiləri hədəf alması və İranın bölgə üçün təhlükəsinin qarşısını almaq üçün kifayət qədər iş görməyib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта