"Telegram" nümayəndələri Cənubi Koreya rəsmilərindən üzr istəyib və platformada yayılan bir neçə cinsi xarakterli videonu siliblər.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə TASS Koreya Respublikasının Telekommunikasiya Standartları Komissiyasına istinadən məlumat yayıb.
"Telegram"ın Şərqi Asiya bölməsinin nümayəndəsi komissiyaya rəsmi məktub göndərərək, vəziyyətin inkişafından təəssüfləndiyini bildirib.
Platformanın nümayəndəsi "Telegram"ı istifadəçilər üçün daha da təhlükəsiz etmək üçün komissiya ilə etibarlı münasibət qurmağa hazır olduğunu bildirib.
Platforma həmçinin komissiyanın tələbi ilə 25 açıq-saçıq videonu sildiyini açıqlayıb.
Xatırladaq ki, sentyabrın 2-də Koreya polisi "Telegram"da seksual xarakterli qadağan olunmuş video materialların yayılmasında əlbir olmaqda şübhəli bilinərək daxili ilkin araşdırmaya başlayıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun