RU

"Telegram" nümayəndələri Cənubi Koreya hakimiyyətindən üzr istəyiblər

"Telegram" nümayəndələri Cənubi Koreya rəsmilərindən üzr istəyib və platformada yayılan bir neçə cinsi xarakterli videonu siliblər.

Olaylar xəbər verir ki, bu barədə TASS Koreya Respublikasının Telekommunikasiya Standartları Komissiyasına istinadən məlumat yayıb.

"Telegram"ın Şərqi Asiya bölməsinin nümayəndəsi komissiyaya rəsmi məktub göndərərək, vəziyyətin inkişafından təəssüfləndiyini bildirib.

Platformanın nümayəndəsi "Telegram"ı istifadəçilər üçün daha da təhlükəsiz etmək üçün komissiya ilə etibarlı münasibət qurmağa hazır olduğunu bildirib.

Platforma həmçinin komissiyanın tələbi ilə 25 açıq-saçıq videonu sildiyini açıqlayıb.

Xatırladaq ki, sentyabrın 2-də Koreya polisi "Telegram"da seksual xarakterli qadağan olunmuş video materialların yayılmasında əlbir olmaqda şübhəli bilinərək daxili ilkin araşdırmaya başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
39
1
olaylar.az

2Источники