RU

Vərəmin Ağır Formalarının Müalicəsi: Əlilliyin Qiymətləndirilməsi və Mövcud Boşluqlar

Vərəmin (TB) çoxsaylı və genişsaylı dərmanalara davamlı ağır formaları, infeksiyanın irəliləməsi nəticəsində meydana gələn ciddi sağlamlıq problemləridir. Bu cür hallar, müalicə müddətində və sonrasında fərdin əmək qabiliyyətini əhəmiyyətli dərəcədə azalda bilər. Beləliklə, vərəmin ağır formaları ilə mübarizə aparan şəxslərin əlillik statusunun qiymətləndirilməsi məsələsi ciddi əhəmiyyət kəsb edir. Məqalə, bu sahədəki mövcud boşluqları və məsələləri, həmçinin dövlət strukturları və vətəndaş cəmiyyəti institutlarının bu məsələlərdəki rolunu araşdırır.

Əlilliyin Qiymətləndirilməsi: Mövcud Sistem və Problemlər

Əlilliyin qiymətləndirilməsi prosesi elə bir sahəyə aiddir ki, burda hər zaman boşluqlar, yeni problemlər, həll yolları var və olacaqdır. Bu da cəmiyyətin inkişafı və dəyişməsi ilə əlaqədərdir. Biz son bir neçə on illikdə cəmiyyətin keçdiyi yola baxsaq görərik ki, əlilliyə gətirib çıxaran xəstəliklərin, onların yaratdığı yanaşı gedən xəstəliklrin fəsadlarının və bunu qiymətləndirmə zamanı individumun qarşı tərəfin- mütəxəsisin gəldiyi fkirləri olduğu kimi qəbul etməsində və edə biləcəyini fikirləşməsi istiqamətində böyük bir dəyişiklikdən keçib və bu böyük dəyişikliklər  də cəmiyyətin özünü dəyişdirir. Bununla da cəmiyyətin əlilliyin qiymətləndirilməsi mexanizminə olan münasibəti dəyişir, yeni fərqli münasibətlər formalaşır.  Bu elə bir sistemdir ki, davamlı dəyişiklik hər zaman olmalıdır. Amma çalışmaq lazımdır  ki, bu dəyişikliklər müsbətə doğru olsun. Azərbaycanda əlilliyin qiymətləndirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeçiliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirilir. Bu günümzdə vərəmin ağır formalarının səbəb olduğu hallarla bağlı əlilliyin  qiymətləndirilməsində bir sıra boşluqlar mövcuddur. Bu boşluqlara aşağıdakılar daxildir:

Standartların Yetərsizliyi: Mövcud qiymətləndirmə standartları vərəmin spesifik ağır formalarını nəzərə almır.Buna görə də tez-tez əlilliyin qiymətləndirilməsi üçün pasientin müayinə olunduqdan sonra sənədlərini hazırlayan TƏBİB PHŞ in tabeçiliyində olan vərəmin müalicəsi aparılan tibb müəssisələri ilə DTSERA arasında böyük anlaşılmazlıqlar yaranır ki, bu da istənilən halda ağır vərəməleyhinə istifadə edilən dərman preparatları ilə müalcə olunan pasientin keçirdiyi müalicə stresinin artamsı ilə nəticələnir.

Sistemli Yoxlama: Qiymətləndirmə prosesində səhiyyə mütəxəssisləri və sosial xidmət mütəxəssisləri arasında əlaqə çatışmazlığı var.

Məlumatın Yoxluğu: Vərəmin ağır formaları ilə bağlı spesifik məlumatların çatışmazlığı nəticəsində düzgün qiymətləndirmə həyata keçirilmir.

Dövlət Strukturlarının Rolu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlillik statusunun təyin edilməsi və müvafiq sosial dəstəyin göstərilməsi sahəsində məsuliyyət daşıyır. Lakin, bu strukturların vərəmin ağır formaları ilə bağlı spesifik müayinələr və qiymətləndirmə metodologiyalarında bəzi çatışmazlıqlar mövcuddur. Məsələn:

 

Qiymətləndirmə Prosesinin Sürəti: Bəzi hallarda, müvafiq qiymətləndirmə prosesləri çox uzun çəkir və bu da xəstələrin sosial müdafiəsinin təmin edilməsini çətinləşdirir.

İnformasiya Təhlükəsizliyi: Şəxsi məlumatların təhlükəsizliyi və gizliliyi məsələlərində müvafiq standartların tətbiqi çatışmamaqtadır.

Vətəndaş Cəmiyyəti və Qeyri-Hökumət Təşkilatlarının Rolu

Vətəndaş cəmiyyəti institutları və qeyri-hökumət təşkilatları vərəmin ağır formaları ilə mübarizə aparan şəxslərin hüquqlarını müdafiə edir. Onlar:

Hüquq Təminatı: Xəstələrin hüquqlarını müdafiə edir və onların əlillik qiymətləndirilməsi prosesində ədalətli müalicə almasını və əlilliyin qiymətləndirilməsinin bürokratik süründürməçilk olmadan həyata keçirilməsini və ya imtina hallarının ədalətli şəkildə təmin edilməsini həyata keçirirlər.

Maarifləndirmə: Vərəmin ağır formaları haqqında ictimaiyyətin maarifləndirilməsi üçün kampaniyalar keçirərək bu sahədə insanlara təkcə vərəm xəstəliyi və onun profilaktikası, müalicəyə bağlılıq hallarının əlilliyə gətirib çıxarmasının qarşısının alınmasını təşviq edir.Eyni zamanda da bütün maarifləndirmə aksiyalarında benefisiarlara əlilliyə gətirib çıxaran hallar və əlilliyin qiymətləndirilməsi prosesinin aparılma qaydaları da  izah olunur.

Təkliflər və Təşviqatlar

Əlilliyin qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi üçün aşağıdakı təkliflər irəli sürülür:

Yeni Standartların Təqdim Edilməsi: Vərəmin ağır formalarını nəzərə alan spesifik qiymətləndirmə standartlarının yaradılması. Bu zaman mütləq şəkildə vətəndaş cəmiyyəti təşkilatı institutları qərar qəbul edən dövlət strukturları ilə bir yerdə çalışmalıdırlar. DTSERA QHT – nın köməyinə daha çox müraciət etməlidir. Məhz QHT lər dövlət idarələri və əhali arasında anlaşma körpüləri rolunu oynamalıdır. Bir QHT rəhbəri kimi bu istiqamətdə təcrübəmizdən istifadə edərək təkliflərin verilməsini məqsəduyğun sayıram.Təkliflər də yerinə və zamanına görə dəyişə bilir. İndi pandemiya dönəmidi, yeni tələblər və gündəm formalaşıb. Bu dönəmdə söhbət etdiyimiz, bizə müraciət edən əhalinin marginal qruplarından olan şəxslərin əlilliyiklərinin qiymətləndirilməsi və əlill şəxslərin reabilitasya xidmətlərinə birbaşa əlçatanlığının yaxşılaşdırılması ilə bağlı hamımızda  çox suallar yarandı. Əslində, bu dövr bizim nə qədər fövqəladə hadisələrə hazırlıqsız olduğumuzu göstərdi. Bizdə də düşünürəm ki, həddindən artıq boşluqlar və problemlər var. Yalnız təkcə Tibbi Sosial Ekspertiza və Reabilitasiya sistemini yox, həm də cəmiyyətin özünü də hüquqlarını bilməməsinə və çox vaxt əsassız müraciətlərə yol verməsinə, habelə bəzi vətəndaşların və eləcə də bəzi məmurların əlilliyin qiymətləndirilməsində saxtakarlığa meylli olmasında birmənalı olaraq günahlandırmaq lazımdır. Çünki bu elə bir qarşılıqlı analogiya təşkil edən tandemdir, elə bir sistemdir ki, cəmiyyətlə qarşılıqlı fəaliyyətdə olan, cəmiyyətlə səsləşən bir təşkilat da qıraqda qalmamlı və yaranmış problemlərin həli istiqamətində dövlət struktirlarına mövcud qanunvericilik və öz nizamnaməsinə uyğun kömək etməlidir. Hər şeyi nə tibb müəssisləri həkimlərinin, nə agentliyin nə də aydındır ki, pasientlərin başa düşməmləri ilə əsaslandırmaq olmaz.

Təlim və İntizam: Əməkdaşların vərəmin spesifik formaları ilə bağlı təlim alması və qiymətləndirmə prosesində daha yaxşı performans göstərməsi üçün intizam tədbirlərinin görülməsi.

Təşkilatlararası Əməkdaşlıq: Dövlət və qeyri-dövlət sektoru arasında əməkdaşlığın gücləndirilməsi, həmçinin məlumat mübadiləsinin artırılması. Bu aspekt hər zaman öndə olacaq əsas şərtdir. Müştərək fəaliyyətin xüsusiyyətləri isə qanunvericiliyin tələbləri əsasında qarşıqlılı əməkdaşlığın sənədləşdirildikdən və hər iki tərəfin konkret qoyulmuş vəzifə öhdəlikləri ilə fəaliyyət göstərilməsinin vacibliyidir.

Nəticə

Vərəmin ağır formalarının müalicəsi və əlilliyin qiymətləndirilməsi sahəsində mövcud boşluqların aradan qaldırılması, xəstələrin sosial və iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün əhəmiyyətlidir. Dövlət strukturları və vətəndaş cəmiyyəti institutları arasındakı əməkdaşlıq bu sahədəki problemlərin həlli üçün əsaslı bir addımdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
64
qht.az

1Источники