RU

Orqanizmdə maqnezium çatışmadıqda nə baş verir?

Rusiyalı həkim Aleksandr Myasnikov "Rossiya 1" telekanalında yayımlanan sağlamlıq proqramında orqanizmdə maqnezium çatışmazlığının nələrə səbəb olduğunu izah edib və müalicəvi maqnezium salatını necə hazırlamaq üsulunu açıqlayıb.

Həkimin sözlərinə görə, maqnezium insulin həssaslığının tənzimlənməsində əsas rol oynayır və orqanizmdə miqdarı kifayət qədər olarsa, şirniyyata həddindən artıq həvəs olmayacaq. Ancaq maqnezium çatışmazlığınız varsa və ya onun bədəndə sorulması prosesi pozulursa, şirniyyat və desertlərə qarşısıalınmaz bir istək yaranır və bundan əlavə yorğunluq, ayaqlarda şişkinlik, keçəllik, aritmiya, kardioqramda dəyişikliklər, yuxusuzluq və hətta qəfil ölümlə nəticələnə bilər.

Maqnezium çatışmazlığını kompensasiya etmək üçün maqneziumla zəngin qidalarla salat hazırlaya bilərsiniz. Məsələn, skumbriya balığı, göyərti, lobya, matsoni və dəniz yosunu ilə salat tam bir maqnezium deposudur. Bu salata limon və küncüt də əlavə edə bilərsiniz. Bu salat şirniyyata olan həvəsi və qəfil ölüm riskini azaldacaq.

Nubar Süleymanova, “İki sahil”

Избранный
76
ikisahil.az

1Источники