RU

Azad Media.az-ın Redaktoru Türkiyə Səfirliyinin Mətbuat müşaviri Dr. Alptekin Cihangir İşbiliri ziyarət etdi - FOTO » AzadMedia.az



Bakı, 3 Sentyabr — Azadmedia.az


“Azad Media.az” xəbər saytının Redaktoru Ülkər Piriyeva Türkiyənin Azərbaycandakı Səfirliyinin Kommunikasiya Şöbəsinin müşaviri Dr. Alptekin Cihangir İşbiliri ziyarət edib.

Belə ki, görüşdə - “Azərbaycan-Türkiyə əlaqələri başda olmaq üzrə, müxtəlif mövzularda fikir mübadiləsi edilib. Xüsusi olaraq da, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında və formalaşmasında mətbuatın önəmli rolu, həm Azərbaycan, həm də Türkiyə mətbuatı üzərindən dəyərləndirilib.”

Bununla yanaşı, Türkiyə Səfirliyi Kommunikasiya şöbəsinin müşaviri Dr. A. Cihangir İşbilir Ülkər Piriyevaya Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Prof. Dr. Fəxrəddin Altunun “Türkiyə Nizamsızlıq Çağında Sabitləşdirici Güc Kimi” adlı kitabını hədiyyə edib.

Qeyd edək ki, sonda “Azad Media.az” xəbər saytının Redaktoru, həmçinin “1453 KRAL MEDYA” xəbər agentliyi və “T-Xəbər” qəzetinin Azərbaycan nümayəndəsi Ülkər Piriyeva Dr. Cihangir İsbilir bəyə Türkiyə mediasından xüsusilə 44 günlük Qarabağ Zəfəri dönəmində gələn dəstəyə görə və həmçinin səmimi qəbula görə təşəkkürünü bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
80
1
azadmedia.az

2Источники