RU

Azərbaycan yığması bu gün ilk oyununu keçirəcək

Azərbaycan yığması UEFA Millətlər Liqasında bu gün ilk oyununu keçirəcək.Metbuat.az bildirir ki, Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv Bakıda İsveç ilə üz-üzə gələcək.Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq görüş saat 20:00-da start götürəcək. Qarşılaşmanı macarıstanlı FIFA referisi Balaş Berkey idarə edəcək.C Liqasının I qrupundakı digər matçda Slovakiya Estoniyanın qonağı olacaq. Bu oyun saat 22:45-də başlayacaq.UEFA Millətlər LiqasıC Liqası, I qrupI tur20:00. Azərbaycan - İsveçBaş hakim: Balaş Berkey (Macarıstan).Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 8-də səfərdə Slovakiya ilə qarşılaşacaq. İsveç isə evdə Estoniyanı sınağa çəkəcək.

Избранный
15
13
metbuat.az

10Источники