RU

“İcazə almadan oxuyub, geyimini də bəyənmədim” – Mikayıl Müşfiqin qohumundan TÜRKANA ETİRAZ + VİDEO

Müğənni Türkan Vəlizadə sözləri Mikayıl Müşfiqə aid olan “Qal sənə qurban” adlı mahnını ifa edib. Müğənninin bu ifası Müşfiqsevərlər və əksər ziyalılar tərəfindən birmənalı qarşılanmayıb.

Mikayıl Müşfiqin əmisi nəvəsi, şair Yunus Dağlının qızı Reyhanə İsmayılzadə Medianews.az-a açıqlamasında bildirib ki, kliplə bağlı narazı olduğu məqamlar var.

“Yenilikləri həmişə bəyənmişəm və dəstək olmuşam. Bir çox müğənnilər o illərdə oxunan bəzi mahnılara bu gün yeni həyat verir. Bu mahnının möhürünü sevimli sənətkarımız, Xalq artisti Zeynəb Xanlarova vurub. Biz də hər zaman tədbirlərdə bu mahnını onun ifa etdiyi kimi oxuyuruq. Ondan sonra bir çox sənətkarlar yeni aranjimanda bunu oxuyublar. Türkan Vəlizadə də sevdiyim müğənnilərdəndir. Sağ olsun ki, mahnını oxuyub. Xətrinə dəyməsin, amma klipdə geyindiyi geyimləri heç bəyənmədim. Geyimləri bu mahnıya uyğun deyil. Gərək geyim seçimində bir az diqqətli olardı. Klassik geyinə bilərdi məncə, yenə də bu onun öz tərzidir”, – deyə şairin qohumu bildirib.

Reyhanə İsmayılzadə bildirib ki, müğənnilər Mikayıl Müşfiqin sözlərinə yazılmış mahnıları oxuyarkən diqqətli olmalıdırlar.

“Gərək belə mahnıları aidiyyəti qurumlar patentləşdirsin. Burada da yenə varislik məsələsi gündəmə gəlir. Gərək varislik qanuniləşdirilsin ki, biz özümüz Müşfiqin əsərlərinin Əqli Mülkiyyət Agentliyindən patentini alaq. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Mikayıl Müşfiq Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Sadəcə bir daha xahiş edirəm ki, Müşfiqin əsərlərinə yazılmış mahnılara müraciət edərkən biz varislərdən və mahnının ilk ifaçılarından, həmçinin bəstəkardan icazə almalıdırlar. Türkan bizi şəxsən tanımır, heç icazə üçün müraciət də etməyib. Zeynəb xanımla isə mənim atam, qardaşım tanış idilər”, – deyə şairin qohumu bildirib.

Əli ƏSGƏR

Избранный
149
medianews.az

1Источники