RU

"Bu maddələr Əmək Məcəlləsindən çıxarılmalıdır" - Ekspert danışır...

İşçilərin: attestasiyadan və sertifikasiyadan keçirilməsi də - əmək münasibətlərində ən çox mübahisə olunan, eyni zamanda işçilərin narazılığına səbəb olan mövzulardan biridir. Hesab edirəm ki, Azərbaycan Respublikasını Əmək Məcəlləsinin: 65, 66, 67.1 və 67.2 - ci maddələri Əmək Məcəlləsindən çıxarılmalıdıBu,uzun illər əmək qanunvericiliyi sahəsində çalışmış bir hüquqşünas kimi mənim şəxsi fikrim və qənaətimdir. Bunun səbəblərini də izah etməyə çalışacam:1. AR-sı Əmək Məcəlləsinin: 65, 66, 67.1 və 67.2 -ci maddələri İşçilərin: attestasiyadan və ya sertifikasiyadan keçirilməsi qaydalarını tənzimləyir.2. İşçi: attestasiyadan və ya sertifikasiyadan keçmədikdə bu AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə uyğun: peşəkarlıq səviyyəsinin, ixtisasının və peşəsinin kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə" əsası ilə, İşçi ilə bağlanmış əmək müqaviləsinin - İşəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. 3. Qeyd olunan əsas isə ilk növbədə işçilərin qanuni olanəmək hüquqlarının pozulmasıdır, Əmək Məcəlləsində nəzərdə tutulan bu maddə və əsaslar ədalətli və məntiqli deyil, bir çox hallarda isə işçilərlə bağlanmış əmək müqaviləsinin qərəzli olaraq ləğv edilməsi ilə nəticələnir.4.Qeyd olunan bu maddələr Əmək Məcəlləsi şamil olunan bütün işçilərə və iş yerlərinə, o cümlədən AR-da: praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və dövlət məktəbə qədər və ümumi təhsil müəssisələrində çalışan işçilərə də şamil edilir.5. Qeyd olunan maddələrə əsasən: İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması,ixtisasa, sənətinə müvafiq tutduqları vəzifəyə və ya peşəyə uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə AR-sı Əmək Məcəlləsinin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilməsi nəzərdə tutulur.6. Sual olunur, hansı əsas və ya səbəblərdən işçilərin tutduqları vəzifəyə və ya peşəyə uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə onlar - attestasiyadan keçirilməlidir, keçə bilmədikləri halda isə - onlarla bağlanmış əmək müqaviləsi ləğv edilmılidir? Belə ki:7. Demək olar ki, işçilərin əksəriyyəti müfafiq peşə vəya vəzifəyə uyğun olunaraq işə qəbul olunmazdan əvvəl: peşə məktəblərində vəya ali məktəblərdə, kurslarda və digər təhsil müəssisələrindı müəyyən biliklər alır və bu sahələr üzrə ixtisaslaşmış işçilər olurlar. 8. Demək olar ki, işçilərin əksəriyyəti müfafiq peşə və ya vəzifəyə uyğun olaraq, işə qəbul olunmamışdan əvvəl həmin vəzifə və ya peşəyə uyğun olaraq: imtahan, test, müsabiqə, müsahibə və sair yoxlamadan keçirlər, biliklərini artırmaq üçün müəyyən kurs və digər mərhələləri keçirlər. Əgər bilik, bacarıq və peşələri azdırsa və ya kifayət etmirsə, onlarla hansı əsas və ya səbəblərlə Əmək müqaviləlıri bağlanılır?9.Demək olar ki, işçilərin əksəriyyəti müfafiq peşə və ya vəzifəyə uyğun olaraq işlədikləri və ya əmək münasibətlərində olduqları uzun müddətdə - biliklərin artırılması sahəsində müvafiq kurs və təlimlərdən keçmiş olurlar. Bu da onlara müəyyən təcrübə ilə yanaşı, həmdə bilik və bacarıqlarını da artırmış olur. 10. Qeyd olunan bu maddələrə əsasə: eyni vəzifədə və ya peşədə azı 3 dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilər attestasiyadan keçirilı bilməz. Əgər hər hansı bir idarə və ya müəssisədə işçilər müəyyən səbəblərdın uzun müddət attestasiyadan keçirilməyibsə,10, 20-30 il eyni vəzifə və ya peşədə çalışmış işçinin attestasiyadan keçirilməsi, keçmədiyi halda isə əmək müqaviləsinin ləğv edilməsi nə qədər qanini və məntiqlidir?11. Sual olunur, əgər bir mühəndis 10, 20-30 il eyni vəzifə və ya peşədə çalışmışsa, ev və bina tikmişsə, eyni zamanda attestasiyadan keçə bilməmişdirsə, bu işçi hansı əsaslardan uzun müddət həmin vəzifə və ya peşədə çalışa bilmişdir.12. Sual olunur, əgər bir müəllim,10, 20-30 il eyni vəzifə və ya peşədə çalışmışsa, uşaqlara təlim-tərbiyə vermişsə,elm-bilik öyrətmişsə, eyni zamanda da attestasiyadan keçə bilməmişdirsə, bu müəllim hansı əsaslar və səbəbdən uzun müddət həmin vəzifə və ya peşədə çalışa bilmiş, şagirdləri yanlış öyrətmişdir.13.Əgər praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan bir işçi,10-30 il eyni vəzifə və ya peşədə çalışmışsa, vətəndaşların sağlamlığının keşiyində durmuşsa, və eyni zamanda attestasiyadan keçə bilmirsə, tibbi işçi hansı əsaslardan uzun müddət həmin vəzifə və ya peşədə çalışa bilmişdir.14.Bir faktı da nəzərə almaq lazımdır ki, əgər İşçinin bilik və bacarıqları azdırsa, o,öz əmək funksiyasını yerinə yetirə bilməyəcək və təbii ki, o tutduğu vəzifə və ya peşədə uzun müddət işləyə bilməyəcək. Bu səbəbdən də onunla bağlanmış Əmək müqaviləsi, AR-sı Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə uyğun olaraq: işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda" əsası ilə ləğv olunacaq.15.Eyni zamanda bəzi hallarda bu qanundan sui-istifadə hallarına da yol verilir və bu qanundan istifadə edilərək, işəgötürən tər-n xoşu gəlməyən işçi ilə əmək müqaviləsinin ləğv edilməsi kimi hallara da yol verilir.16.Hər bir işçi, eyni və ya vəzifə üzrə nə qədər çox işləyirsə, bir o qədər təcrübəli və peşəkar olur. Bu əsasdan da uzun müddət eyni vəzifə və ya peşə üzrə çalışan işçinin attestasiyadan və ya sertifikasiyadan keçirməklə, əmək müqaviləsinin ləğv edilməsini qanuni, məntiqli, ədalətli hesab etmirəm və hal hazırda qüvvədə olan bu maddələri işçilərin əmək hüquqlarının pozulması kimi qiymətləndirirəm.17. Yekiun olaraq yuxarıda göstərilənləri əsas tutaraq hesab edirəm ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 65, 66, 67.1 və 67.2 - ci maddələri - bu Məcəllədən çıxarılmalıdırMüəllif: Azər QuliyevNeftçilərin Hüquqlarının Müdafiəsi TəşkilatınınEksperti - Dia-az.İnfo

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
31
dia-az.info

1Источники