RU

COP29-un Azərbaycanda keçirilməsi yaşıl iqtisadiyyatın inkişafına verilən önəmin göstəricisidir

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Beynəlxalq Parlamentarilər Konqresinin (İPC) nümayəndə heyəti ilə görüşüb.


Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Azərbaycanda keçirilməsinin ölkəmizin yaşıl iqtisadiyyatın inkişafına, qlobal iqlim problemlərinin həllinə verdiyi önəmin göstəricisi olduğu vurğulanıb.


COP29 çərçivəsində beynəlxalq təşkilatlarla əməkdaşlığın diqqət mərkəzində olduğu bildirilib, ölkəmizdə yaşıl enerjinin təşviqi və qlobal iqlim dəyişikliyinin təsirlərinin azaldılması istiqamətində tədbirlərin həyata keçirilməsinə xüsusi diqqət göstərildiyi qeyd edilib.

Görüşdə IPC-nin İqlim Dəyişikliyi üzrə Beyin Mərkəzinə dair təşəbbüsü çərçivəsində tərəfdaşlıq məsələləri müzakirə olunub.

Избранный
43
2
ekologiya.az

4Источники