RU

Azərbaycanda çayçılığın inkişaf perspektivləri haqqında real mənzərə

Bu aralar ölkəmizin cənub bölgəsində idim..Astara Çay Fabrikində də oldum. İstehsal möhtəşəm. Lakin bazarlama bərbad. Məsələn siz MMC yaradırsınız və brend alırsınız.Sizdən tələb olunan "Made İn Azərbaycan" brendi yaaratmaqdır.Problem bilirsinz nədədir?Problem gömrükdə inhisarçıların tamahıdır.Siz Astara Çay Fabriki ilə anlaşma əldə edib MMC olaraq qablaşdırma və brend yaradırsınız. Daha sonra daxili bazara yeni ad, brend təklif edirsiniz. Bir az reklam və piara xərc çəkirsiniz. Amma daha keyfiyyətli, ucuz çay təklif edirsiniz bazara.Astara Çay Fabriki, Lənkəran Çay Fabirikində səlahiyyətli adamlarla söhbət etdim. Görüşdük İdeyanı dedim. Etiraz yoxdur.Problem yalnız gömrüklə bağlıdır. Xammal qalıb fabriklərin əlində. Lənkəran, Astara, Lerikdə hamı yol qırağında çay satır. Həm dəbilirsiniz necə çay? Möhtəşəm. Çay sortlara görə emal oluna bilər, berqa, tez dəm alan, gec dəm alan, limonlu və sair.Baxın problem hardan başlayır?AQTA əzir, FHN əzir, Vergi əzir və sair. Heç kim xammalı alıb qablaşdırmaq istəmir. Yeni brend yaratmaq istəmir. Hansı ki, yeni emal, yeni qablaşdırma cənubda çayçılığın inkişafına ciddi təsir edər.Bu ölkədə iqtisadi imkanları gömrükdə beşikdəcə boğurlar.Razi AbasbəyliTEREF
 

Facebook-da paylaş

Избранный
106
dunyapress.info

1Источники