RU

Şimali Koreya ardıcıl ikinci gündür Cənubi Koreyaya zibil balonları buraxır

Şimali Koreya artıq ikinci gündür ki, Koreya Respublikasına doğru zibillə dolu olduğu güman edilən şarları havaya buraxır. Bu barədə Yonhap agentliyi Cənubi Koreya ordusuna istinadən məlumat yayıb. Xalq Cümhuriyyəti yerli vaxtla saat 09:00 radələrində (04:00) yenidən hava şarlarını buraxmağa başlayıb.

Fins.az xəbər verir ki, ötən gecə Şimali Koreya təxminən 420 zibil balonunu havaya buraxıb. Seul və onun ətrafında 20-yə yaxın şar tapılıb.

Bundan əvvəl də oxşar aksiya avqustun 10-da baş verib. Cənubi Koreyalı fəalların təbliğat vərəqələrinin atılmasına cavab olaraq may ayının sonundan etibarən KXDR ərazisindən də analoji şarlar buraxılıb. İyul ayında şarlardan biri Koreya Respublikası Prezidentinin administrasiyasının yerləşdiyi hökumət kompleksinin ərazisinə düşüb.

Kaira Agayeva 

Fins.az

Избранный
112
1
fins.az

10Источники