Azərbaycan Mərkəzi Bankı (AMB) və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında "yaşıl iqtisadiyyat"a keçid üzrə müəyyən edilmiş strateji prioritetlər müzakirə edilib.
İqtisadiyyat.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
O qeyd edib ki, müzakirələr IFC-nin Avropa üzrə regional direktoru İnes Roşanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə baş tutub.
Görüş çərçivəsində, ölkədə yaşıl iqtisadiyyatın inkişafı üçün zəruri infrastrukturun formalaşdırılmasına yönəlmiş təşəbbüslər və AMB-nin dayanıqlı maliyyə üzrə gündəliyində duran mühüm məsələlər müzakirə olunub. Həmçinin, qurumlar arasında ikitərəfli maraq doğuran mövzular və əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.