RU

İsrailin hücumu nəticəsində daha 22 fələstinli ölüb

İsrail Qəzza zolağının şimalından cənubdakı Rəfah sərhədinə qədər müxtəlif bölgələrdə hücumlarını davam etdirir. SİA xarici KİV-ə istinadən xəbər verir ki, qəzza zolağının şimal və mərkəzi hissəsində, Cibaliya və Nuseyrat qaçqın düşərgələrində və Rəfah şəhərində itkilərin olduğu, İsrailin hücumlarında aralarında uşaqların da olduğu 22 fələstinlinin həyatını itirdiyi qeyd edilib.

Qeyd edək ki, HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam briqadaları 7 oktyabr 2023-cü il tarixində “Məscidül-Əqsa başda olmaqla fələstinlilərə və müqəddəs dəyərlərə qarşı davamlı pozuntulara cavab vermək” səbəbi ilə İsrailə hərtərəfli hücuma keçib.

Müəllif: Səbinə Hüseynli
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
8
sia.az

1Источники