RU

ABC Tramp-Harris debatının yekun qaydalarını təsdiqlədi

Gələn çərşənbə axşamı, sentyabrın 10-da ABŞ prezidentliyinə namizədlər Donald Tramp və Kamala Harris arasında debat keçiriləcək. 

Qaynarinfo ABC-yə istinadən xəbər verir ki, telekanal debatın yekun qaydalarını təsdiqləyib.

Qeyd olunur ki, debatın moderatorları "World News Tonight”ın aparıcısı və baş redaktoru Devid Myuir və "ABC News Live”də "Prime” proqramının aparıcı Linsi Devis olacaq.

Bu, Demokrat namizəd Harris və onun Respublikaçı rəqibi Tramp arasında ilk debat olacaq. Debat Filadelfiyada (Pensilvaniya) Milli Konstitusiya Mərkəzində keçiriləcək və tamaşaçıların iştirakı nəzərdə tutulmur. Debat iki reklam fasiləsi ilə 90 dəqiqə davam edəcək.

Yalnız moderatorlar ABŞ prezidentliyinə namizədlərə sual verə biləcəklər. Mikrofon yalnız çıxış növbəsi olan siyasətçi üçün açılacaq.

Açılış nitqi olmayacaq və yekun çıxış hər namizəd üçün iki dəqiqə ilə məhdudlaşacaq.

Bundan əlavə, hər bir sual üçün cavab müddəti də iki dəqiqə ilə məhdudlaşdırılacaq. Təkzib üçün daha iki dəqiqə, dəqiqləşdirmə və ya cavab üçün isə bir dəqiqə vaxt ayrılacaq.

Tramp və Harris debatboyu tribunada dayanacaqlar. Səhnədə heç bir rekvizit və ya əvvəlcədən yazılmış qeydlərə icazə verilmir. Hər bir namizədə qələm, bloknot və butulka su veriləcək.

Seçki qərargahı üzvlərinə, həmçinin reklam fasilələri də daxil olmaqla, tədbir boyu namizədlərlə ünsiyyətə icazə verilmir.

Çərşənbə axşamı tribunada yerləşmə yerini və final çıxışlarının sırasını müəyyən etmək üçün virtual püşkatma mərasimi keçirilib. Püşkatmada Tramp qəlib və çıxış sırasını müəyyən edib. Yekun çıxışı keçmiş ABŞ prezidenti edəcək, vitse-prezident Harris isə tribunanın sağ tərəfini, yəni səhnənin sol tərəfini seçib. 

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri 2024-cü il noyabrın 5-də keçiriləcək. Amerika vətəndaşları həm dövlət başçısını, həm də vitse-prezidenti seçəcəklər. Yeni seçilənlər andiçmə mərasimindən sonra 2025-ci il yanvarın 20-də vəzifələrinə başlayacaqlar.

Nizami Bağırov
Избранный
76
50
qaynarinfo.az

10Источники