1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Radikal Fələstin hərəkatı HƏMAS Qəzza bölgəsində saxlanılan daha çox girovun qətlə yetirilməsi ilə hədələyir.
Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ administrasiyasının yüksəkrütbəli nümayəndəsi jurnalistlər üçün xüsusi onlayn brifinqdə bildirib.
"Girovların siyahısı bizdə də, HƏMAS-da da, danışıqların bütün tərəflərində də var və indi bu siyahıda daha az ad var. Bu dəhşətlidir və HƏMAS daha çox girovu öldürməklə hədələyir", - deyə o bildirib.
"Hər girovun müqabilində azad edilməli olan müəyyən sayda məhbus var və indi sövdələşmənin birinci mərhələsinin bir hissəsi olan daha az girovumuz var. Bu, faciəvi və dəhşətlidir. Bu hamımıza təsir edir", - deyə rəsmi şəxs altı girovun öldürülməsi ilə əlaqədar daha az sayda fələstinli məhbusun mübadiləsinin planlaşdırılıb-planlaşdırılmadığı sualına cavab olaraq əlavə edib.
Sentyabrın 1-də İsrail ordusunun rəsmi nümayəndəsi Daniel Haqari bildirmişdi ki, altı İsrail girovunun cəsədləri avqustun 31-i axşam Rəfah şəhəri yaxınlığında yeraltı tunellərin birində aşkar edilib.