RU

Paşinyan bakılı qatilin adını küçədən götürür: Yeni ad 

Fəaliyyəti ilə cəllad Stepan Şaumyandan geri qalmayan daşnak erməni, 26 Bakı komissarlarından biri olmuş, Bakıda oturaraq bakılılara və bütün Azərbaycana qarşı cinayət əməllərini hər tərəfli şəkildə həyata keçirmiş Arsen Əmiryanın adı hazırda erməni mediasında hallanır.

Adalet.az xəbər verir ki, İrəvan bələdiyyəsi Kentron İnzibati Dairəsinin Arsen Amiryan küçəsinin adı dəyişdirilmək üçün təklif irəli sürülüb .
Bu təklif təbii ki, revanşist ruhlu, türkə nifrət edən ermənilərin ürəyincə olmayıb. Çünki əli minlərlə azərbaycanlının qanına batmış Əmiryan ermənilər üçün “böyük ziyalı, vətənpərvər daşnak, inqilabçı və siyasətçidir”.
Media qeyd edir ki, həmin küçənin Kral Papanın şərəfinə adlandırılmasını təklifi gündəmdədir:” Müvafiq layihə İrəvan Ağsaqqallar Şurasının sentyabrın 10-da keçiriləcək sessiyasının gündəliyinə daxil edilib. Xatırladaq ki, Papa Kral ER baş naziri Nikol Paşinyanın ən məqbul tarixi personajlarından biridir”.

.

Oxucularımıza xatırladaq ki, 10 noyabr 1881-ci ildə Bakıda anadan olan Arsen Minas oğlu Əmiryan türkə qarşı nifrət ruhunda böyüyüb. 1865-ci ildə çar hökuməti tərəfindən Bakıda rusdilli orta təhsil verən ilk gimnaziya məktəbi açılır və Arsen 1898-ci ildə yerli gimnaziyanın məzunu olaraq oranı bitirir. 1899-cu ildə Kiyev Universitetinin hüquq fakültəsinə daxil olur. 1902-ci ildə tələbə inqilabi çıxışlarında iştirak etdiyi üçün universitetdən qovulur və Bakıya köçür.
Bir erməni kimi Arsenin xalqımıza nifrəti Azərbaycana qarşı planlı hərəkət etməyə vadar edir. O dövr üçün silahdan daha güclü olan söz bu sahədə Əmiryanın dadına çatır. Beləki, 1906-cı ilin may ayından bəri çap olunan "Bakinski raboçi" ictimai-siyasi qəzeti istədiyiklərini həyata keçirmək üçün əsl tranplin rolu oynayır.

Təəccüblü olan odur ki, yarandığı gündən Azərbaycanın milli maraqlarının əleyhinə yazan "Bakinski raboçi" bu gün də fəaliyyət göstərir . Rus dilində nəşr olunan qəzetin redaksiya heyətinə A.M.Amiryan, V.İ.Naneyşvili, N.N.Kolesnikova, M.İ.Batırev, S.D.Vulfson, P.A.Caparidze, V.F.Yefimov, S.S.Spandaryan, S.Şaumyan daxil idilər. O dövrdə “Bakinskiy raboçi” (“Бакинский рабочий”) qəzetinin redaktoru olmuş, dərc etdirdiyi məqalələrlə erməniləri azərbaycanlılara qarşı mübarizə və müharibəyə ruhlandırmağı bacarmışdı.

.

Erməni əsilli bolşevik,  inqilabçı, jurnalist, natiq  Arsen Əmiryanın və digər səlahiyyətli ermənilərin Azərbaycan türkünə, müsəlmanlara nifrətinin faktiki göstəricisidir ki, ermənilər ölkəboyu soyqırım həyata keçirərək, azərbaycanlıları bir millət, xalq olaraq Yer üzündən silməyi hədəflədilər.

Jurnalist  Arsen Əmiryan sevincək və qalib ədası ilə yazırdı: ”Bakinski raboçi” qəzetinin 1918-ci il 28 may nömrəsində dərc olunmuş məqaləsində öz qan qardaşlarının cinayətləri haqqında yazırdı: ”Daşnaklar İrəvan quberniyasında 200 müsəlman kəndini dağıdıb yerlə-yeksan etmişlər. Camaat evsiz-eşiksiz və çörəksiz qalıb. Hazırda Zəngəzur bölgəsində qırğınlar və qətl-qarətlər davam edir. Daşnaklar müsəlman kəndlilərini bax beləcə qırır”. T

arixi mənbələrdə qeyd olunur ki, 1918-ci ilin mart ayınadək erməni silahlı dəstələri təkcə İrəvan quberniyasının İrəvan qəzasında 32, Eçmiədzin qəzasında 84, Novo-Bəyazid qəzasında 7 və Sürməli qəzasında 75 kəndi – üst-üstə 198 kəndi darmadağın edib, həmin qəzalarda təqribən 135 min nəfər soydaşımızı soyqırıma məruz qoyub. 1918-ci il aprelin əvvəlində Gümrü şəhərinə daxil olan şovinist Andranikin qoşunları ayın 18-də Axalkələk istiqamətində hərəkət edərək onlarla azərbaycanlı kəndini viran qoydu. Kazım Qarabəkir Paşanın “1917-20 arasında Ərzincandan İrəvana erməni zülmü” kitabında ermənilərin törətdiyi kütləvi qırğınlar sənədlərin dili ilə qələmə alınmışdır.


 
K. Qarabəkir Paşa yazır: ”29.04.1918-ci ildə Gümrüdən 500 araba ilə Axalkələkə köçürülməkdə olan 3000-ə qədər qadın, qoca, uşaq və kişi öldürülərək yox edilmişdir; min əsgər, iki pulemyot və iki topla silahlanmış ermənilər Qağızmanın şərqindəki Qulp (Duzluca) və İrəvan bölgəsindəki islam kəndlərini dağıtmış, qadın, uşaq və kişiləri qırmışlar; 01.05.1918-ci ildə yüzə qədər erməni atlısı Şiştəpə və Düzkənd ətrafında (indiki Amasya rayonunun ərazisində) 60 uşaq, qadın və kişini öldürmüşlər; 01.05.1918-ci ildə Axalkələk ətrafındakı kəndlərdə Acaraca, Danqal, Mulanıs, Murcahet, Padızka, Havur və Gümris kəndləri yandırılmış, əhalisi məhv edilmişdir. Arpaçay üzərindəki Bacoğlu ilə İrəvanın şimal-şərqindəki kəndlərin xalqı ermənilər tərəfindən qırılmış, kəndlər tamamilə yandırılıb dağıdılmışdır.

Türk ordusunun önündən qaçan erməni silahlı dəstələri ən böyük qətliamlardan birini 1918-ci ilin aprelində Gümrüdə törətmişdilər. Türklərin gəlişindən öncə ermənilər şəhərdə yaşayan azərbaycanlı ailələrini təhlükəsiz şəkildə Qars vilayətinə keçməyə şərait yaradacaqları vədi ilə aldadıb onları gecə ikən yola düşməyə vadar etmiş və Arpaçayın sahilində 500-dən artıq azərbaycanlı ailəsini məhv etmişdilər. Həmin qətliamdan tək-tük azərbaycanlı gənc Arpaçayı keçərək salamat qalmışdı”.


Bunu yazan erməni jurnalist ermənilərin silahlandırılmasında və dəstə şəklində dinc azərbaycanlı əhaliyə qarşı  hücuma keçməsində böyük rolu olub. Arxiv sənədləri təsdiq edir ki, Şaumyan və Caparidzenin istiqamətləndirdikləri "döyüş əməliyyatlarında" onların məsləkdaşları Arsen Əmiryan və Qriqoru Korqanov "şəxsi nümunə" göstərirdilər. Martın 30-da İsmailiyyə binasının yandırılması əməliyyatına Əmiryan başçılıq etmişdi. Şamaxıda və Qubada əllidən çox kənd Korqanovun bilavasitə iştirakı ilə talan edildikdən sonra yandırılmışdı.

 ƏNtiqə Rəşid 

Избранный
92
adalet.az

1Источники