RU

“Stadler”in Bakıda inşa etdiyi Regional Servis Mərkəzi 2026-ci ildə istifadəyə veriləcək”

İsveçrənin “Stadler Rail Group” şirkəti Bakının Böyükşor ərazisində Regional Servis Mərkəzini inşa edir və 2026-ci ildə istifadəyə verilməsini planlaşdırır.

Bunu “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sədri Rövşən Rüstəmov deyib.

R.Rüstəmov bildirib ki, ADY və “Stadler Rail Group” arasında dəmir yolu nəqliyyatı vasitələrinin təmiri, texniki qulluq və konsultasiya üzrə xidmətlərin göstərilməsinə dair müqavilə imzalanıb: “Müqaviləyə əsasən Böyükşor ərazisində Regional Servis Mərkəzi tikiləcək. Mərkəzin xidmətlərindən yalnız Azərbaycan deyil, o cümlədən digər qonşu ölkələr də faydalanacaqlar”.

Onun sözlərinə görə, hazırda dəmir yollarında aktiv istifadə olunan “Stadler” markalı bütün növ nəqliyyat vasitələrinin təmiri və texniki xidməti məhz burada həyata keçiriləcək. “Stadler” qatarlarına texniki dəstəyin göstərilməsi həmin nəqliyyat vasitələrinin hazırlıq əmsalının 95 %-dən çox olmasını təmin edəcək, R. Rüstəmov əlavə edib.

“Azərbaycan Dəmir Yolları”nın rəhbəri bildirib ki, bu il ərzində ADY “Stadler Rail Group” şirkətindən 10 ədəd sərnişin qatarının alınmasını hədəfləyirdi: “Artıq həmin qatarlardan 4-ü istifadədir, 3-ü ölkədədir, 3-ü isə il ərzində gətiriləcək”.

Избранный
131
31
banker.az

10Источники