RU

"Hərbi toqquşma olmayacaq” - Qabil Hüseynli

“Ermənistanın silahlanma məsələsi ilə bağlı Azərbaycana yönəlik əsassız iddiaları sülh müqaviləsinin imzalanmasını uzatmaq məqsədi daşıyır. Ermənilər bu məsələni xeyli uzatmaq istəyirlər. Amma vəziyyət hər nə qədər qarışıq görünsə də, ötən günlərdə tərəflər arasında sərhədlə bağlı bir əsasnamə imzalandı. Bəziləri hesab edirlər ki, bu, sülh müqaviləsinin imzalanması prosesinə müsbət təsir edəcək bir anlaşmadır. Bunu zaman göstərəcək”.

Politoloq Qabil Hüseynli bunu Bakupost.az-a deyib.

O qeyd edib ki, Paşinyan sülh müqaviləsini imzalamaq istəyi ilə bağlı bir süni görüntü yaratmağa çalışır. Çünki buna görə Qərb qurumlarından xeyli vəsait əldə etmək istəyir. Bu baxımdan, axır vaxtlarda xeyli ürəklənib. Amma həm də sülh prosesini əngəlləyəcək fikirlər tapmağa çalışır:


“Proses kifayət qədər mürəkkəb görünür. Amma hərbi toqquşma və ya müharibə olmayacaq. Ermənistanla bizim aramızdakı vəziyyət hazırda çətin olsa da, proses sülhə doğru gedir. Ermənistanın başqa yolu yoxdur”.

Sevinc,
BakuPost
Избранный
100
1
bakupost.az

2Источники