RU

Putindən Kursk döyüşləri barədə açıqlama: "Bizim üçün müqəddəs vəzifədir..."

Rusiya prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar iclasında çıxış edib.

 

Modern.az-ın məlumatına görə, o, Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətində keçirdiyi hərbi əməliyyatlardan danışıb.

 

Putin bildirib ki, Rusiya Silahlı Qüvvələri Kursk vilayətində vəziyyəti sabitləşdirə bilib: "Rusiya Silahlı Qüvvələri vəziyyəti sabitləşdirib və düşməni sərhəd ərazilərindən sıxışdırıb çıxarmağa başlayıb".

 

O qeyd edib ki, Rusiya silahlı qüvvələri üçün Ukrayna qoşunlarını Kursk vilayətindən sıxışdırıb çıxarmaq və vətəndaşları qorumaq “müqəddəs vəzifə”dir.

 

Putin əlavə edib ki, Ukrayna Kursk əməliyyatı ilə Donbasdakı hücumu dayandırmaq istəyirdi, lakin heç nə baş verməyib. Rusiya Silahlı Qüvvələrinin hücumu sürətlənib. Putin Donbasın ələ keçirilməsinin Rusiyanın əsas məqsədi olduğunu vurğulayıb.

 

Onun sözlərinə görə, Ukraynanın ələ keçirilən əraziləri “kvadrat kilometrlərlə ölçülür”: "Düşmən həm canlı qüvvə, həm də texnika baxımından çox böyük itkilər verir”. Putin iddia edib ki, Ukrayna Silahlı Qüvvələridöyüş effektivliyini itirir.

 

"Düşmən çaxnaşma salmaq istəsə də, Rusiyada daxili siyasi vəziyyəti sarsıtmaq mümkün olmadı", - Putin əlavə edib.

 

Rusiya Prezidenti Ukrayna Silahlı Qüvvələrinin Kursk Atom Elektrik Stansiyasına endirdiyi zərbələri çox təhlükəli terror hücumları adlandırıb və Kiyevə Rusiyanın əks cavabının nəticələrini təsəvvür etməyi məsləhət görüb.

 

Putin bildirib ki, Rusiya Ukrayna ilə bağlı danışıqlardan heç vaxt imtina etməyib. Onun sözlərinə görə, bu danışıqlar ancaq İstanbulda hazırlanan və paraflanan sənədlər əsasında aparıla bilər.

 

Qeyd edək ki, Ukraynanın Kurksda əməliyyatı avqustun 6-da başlayıb.

Избранный
152
12
modern.az

10Источники