RU

Daha bir korrupsiya qalmaqalı üzə çıxdı

İranda “Debaş çay” qalmaqalından sonra daha bir korrupsiya hadisəsi üzə çıxıb. Tribunainfo.az xəbər verir ki, bu dəfə olaylar İranın Qiymətli Kağızlar və Birjalar Təşkilatı ətrafında baş verib.
Belə ki, sözügedən qurumun rəhbərləri Rəisi hökuməti dövründə özünə 300 min manatlıq kredit ayırıb. Bu ölkənin “Şərq” Təftiş Təşkilatı iqtisadiyyat naziri Əbdül Naser Hemmatiyə məktub göndərərək, ondan məsələ ilə bağlı tədbir görülməsini tələb edib.
Məlumata görə, sözügedən təşkilatda təmsil olunan 5 rəhbər şəxs özlərinə illik 4 faiz olmaqla, 10 illik müddətində 10,5 milyrad tümən və ya 300 min manat pul ayırıb. Bildirilir ki, Qiymətli Kağızlar və Birjalar Təşkilatının İdarə Heyətinin sədri Məcid Eşqiyə ən çox pul ayrılıb. O, özünə 2.7 milyrad tümən pul götürüb.

Избранный
143
tribunainfo.az

1Источники