"Səyavuş Aslanın həyatında olan problemlər onun yaradıcılığına mane olurdu" — Afaq Bəşirqızı
Səyavuş Aslan Azərbaycan teatr tarixində öz yolu, öz səhifəsi, öz imzası olan bir sənətkardır. Səyavuş ağıllı aktyor idi. Nə oynadığını, nə üçün oynadığını, bu rol həqiqətəndə onun tərəfindən müvəfəqiyyətli alınacaqmı, onu tamaşaçıya çatdıra biləcəkmi, onda belə xüsusiyyətlər var idi.
Bu sözləri Demokrat.az-a açıqlamasında Xalq artisti, Afaq Bəşirqızı deyib. O bildirib ki, Səyavuş Aslanın həyatında olan problemlər onun yaradıcılığına mane olurdu:
“Səyavuş həyatda nə qədər "kaprizni" insan olsa da sənətdə bir o qədər mülayim, hamıya əl tutan, bir adamın problemi olanda ona kömək edən bir insan idi. Təəssüflər olsun ki, onun həyatında olan problemlər, yaradıcılığına həddən çox maneçilik törədirdi. Ona görə də Səyavuş istədiyi rolları oynaya bilmədi. Bütün bunlara baxmayaraq, Səyavuş öz imzasını Azərbaycan teatr tarixində qoyub gedən sənətkarlardandır. Allah ona rəhmət etsin.Ruhu şad olsun. Arzum budur ki, ondan sonra gələn nəsil Səyavuş Aslanı unutmasın və onu daim yaşatsın”.
Qeyd edək ki, bu gün Xalq artisti Səyavuş Aslanın doğum günüdür. Onun anadan olmasından 89 il ötür. Səyavuş Aslan ağır xəstəlikdən sonra 2013-cü il iyunun 27-də Bakıda vəfat edib. O, İkinci Fəxri xiyabanda dəfn olunub.