RU

AFFA "Zirə"yə xəbərdarlıq etdi, 3 klubu cərimələdi

style='margin-bottom:10px;'>

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

QOL.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 5-ci turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

“Sumqayıt” – “Araz Naxçıvan” oyununda “Araz-Naxçıvan”ın  5 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimə edilib.

“Şamaxı” – “Neftçi” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Şamaxı” 800 manat cərimələnib.

“Kəpəz” – “Sabah” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Kəpəz” 800 manat cərimə edilib.

“Zirə” – “Qarabağ” oyununun 29-cu dəqiqəsində “Zirə”nin azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Zirə”yə xəbərdarlıq edilib.

Избранный
112
2
teleqraf.com

6Источники