RU

Dünya çempionatı: Ruzanna və Nərgiz bürünc uğrunda güləşəcək

İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-20 dünya çempionatının 4-cü günündə qadın güləşçilərin yarışında ilk medalçılar bəlli olacaq.

İdman.biz xəbər verir ki, millimizin 2 medal qazanmaq şansı var.

Nərgiz Səmədova (55 kq) və Ruzanna Məmmədova (59 kq) bürünc medal uğrunda güləşəcək.

U-20 dünya çempionatı
Yunan-Roma güləş
Bürünc medal

55 kq
Nərgiz Səmədova ilk olaraq çinli Lixuan Çendən güclü olub. Dramatik keçən görüşdə Səmədova 18:13 hesabı ilə qalib gəlib. Nərgiz 1/4 finalda monqolustanlı Kalium Byambasurenə 2:6 hesabı ilə uduzub. Onun rəqibi finala vəsiqə qazandığından, güləşçimiz bürünc uğrunda təsəlliverici görüşədə kanadalı Medsın Keytlinə qalib gələrək bürünc medal uğrunda yarışmaq imkanı əldə edib. Onun rəqibi yaponiyalı Honda Karina olacaq.

59 kq
Ruzanna Məmmədova ilk görüşdə polşalı Nikola Vasilevskayanı 4:2 hesabı ilə üstələyib. Məmmədova 1/4 finalda çinli Yifan Zhunu (4:0) üstələyib. Ruzannanın yarımfinalda rəqibi Sakura Onişi (Yaponiya) olub. Görüş asiyalı güləşçinin qələbəsi ilə başa çatıb. Ruzanna bürünc medal uğrunda Koman Komal (Hindistan) ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan yığması mundialda 25 idmançı ilə təmsil olunur. Dünya çempionatına sentyabrın 8-də yekun vurulacaq.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
63
1
idman.biz

3Источники