RU

“Gəncə” 4 yerli basketbolçu ilə vidalaşdı

Azərbaycan Basketbol Liqasında 2024/2025 mövsümünə hazırlaşan “Gəncə” klubunda daha 4 basketbolçunun komandadan ayrıldığı açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Belə ki, müqaviləsinin müddəti başa çatan Orxan Abbasov, Tariyel Yusifzadə, Rüfət Mahmudzadə və Əlibəy Məmmədli ilə əməkdaşlığı davam etdirməmək qərara alınıb. Klub onlara xidmətlərinə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

Xatırladaq ki, bölgə təmsilçisi bundan əvvəl 6 legioneri ilə də vidalaşmışdı. Donovan Filds, Tevon Horton, İrşad Hant, Culs Mur, Derek Rouds və Kenyon Dulinq də müqaviləsinin müddəti bitdiyi üçün komandanı tərk etmişdilər.

“Gəncə” yeni mövsüm öncəsi baş məşqçisini də dəyişib. Bedri Meriçlə vidalaşan Gəncənin eyniadlı təmsilçisi onu digər türkiyəli mütəxəssis Halil Atlı ilə əvəz edib.

“Gəncə” ötən mövsüm Azərbaycan Basketbol Liqasında 10 iştirakçı arasında 8-ci yeri tutmuş və final mərhələsinə qatıla bilməmişdi.

Избранный
155
arena.az

1Источники