RU

AFFA-nın İntizam Komitəsi dörd klubu cəzalandırıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



AFFA (Azərbaycan Futbol Federasiyaları Assosiasiyası) İntizam Komitəsinin iclası zamanı Azərbaycan Premyer Liqasında (APL) çıxış edən dörd komanda cəzalandırılıb.
Oxu.Az xəbər verir ki, 30 avqust 2024-cü il tarixində APL-in V turunun "Sumqayıt" - "Araz-Naxçıvan" oyununda qonaqların 5 futbolçusu sarı vərəqə aldığına görə Naxçıvan təmsilçisi 700 manat cərimələnib.
Bundan başqa 31 avqust 2024-cü il tarixində keçirilən "Şamaxı" - "Neftçi" görüşü başa çatdıqdan sonra meydançaya kənar şəxs daxil olduğuna görə "Şamaxı" klubu 800 manat cərimə olunub.
Gəncə şəhərinin təmsilçisi "Kəpəz" də eyni aqibətlə üzləşib. Tovuz şəhər stadionunda keçirilən "Kəpəz" - "Sabah" oyununda meydana azarkeş girdiyi üçün Gəncə təmsilçisi 800 manat dəyərində cəzalandırılıb.
Turun mərkəzi görüşü hesab olunan "Zirə" - "Qarabağ" oyununun 29-cu dəqiqəsində "Zirə" klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə "Zirə" klubuna xəbərdarlıq edilib.
Избранный
177
5
oxu.az

10Источники