RU

Dünya çempionatı: Ruzanna və Nərgiz bürünc uğrunda güləşəcək

Bakı. Trend:

İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-20 dünyaçempionatının 4-cü günündə qadın güləşçilərin yarışında ilkmedalçılar bəlli olacaq.

Trend İdman.biz-əistinadən xəbər verir ki, millimizin 2 medal qazanmaq şansıvar.

Nərgiz Səmədova (55 kq) və Ruzanna Məmmədova (59 kq) bürüncmedal uğrunda güləşəcək.

U-20 dünya çempionatı
Yunan-Roma güləş
Bürünc medal

55 kq
Nərgiz Səmədova ilk olaraq çinli Lixuan Çendən güclü olub. Dramatikkeçən görüşdə Səmədova 18:13 hesabı ilə qalib gəlib. Nərgiz 1/4finalda monqolustanlı Kalium Byambasurenə 2:6 hesabı ilə uduzub.Onun rəqibi finala vəsiqə qazandığından, güləşçimiz bürünc uğrundatəsəlliverici görüşədə kanadalı Medsın Keytlinə qalib gələrəkbürünc medal uğrunda yarışmaq imkanı əldə edib. Onun rəqibiyaponiyalı Honda Karina olacaq.

59 kq
Ruzanna Məmmədova ilk görüşdə polşalı Nikola Vasilevskayanı 4:2hesabı ilə üstələyib. Məmmədova 1/4 finalda çinli Yifan Zhunu (4:0)üstələyib. Ruzannanın yarımfinalda rəqibi Sakura Onişi (Yaponiya)olub. Görüş asiyalı güləşçinin qələbəsi ilə başa çatıb. Ruzannabürünc medal uğrunda Koman Komal (Hindistan) ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan yığması mundialda 25 idmançı ilə təmsilolunur. Dünya çempionatına sentyabrın 8-də yekun vurulacaq.

Избранный
105
1
az.trend.az

3Источники