Münhendəki İsrail Baş Konsulluğu yaxınlığında polis bir nəfəri güllələyib.
Bakıvaxtı.az xəbər verir ki, yerli mətbuatda yayılan xəbərlərə görə, şübhəli şəxs şəhərin mərkəzindəki İsrail Baş Konsulluğunun yaxınlığında, nasist rejiminin cinayətlərini əks etdirən muzeyin yaxınlığında polis tərəfindən güllələnib.
Münhen polisinin verdiyi açıqlamada polisin şübhəli şəxsə atəş açdığı bildirilsə də, ətraflı məlumat verilməyib.
Hadisə yeri polis tərəfindən mühasirəyə alınıb. Faktla bağlı araşdırma aparılır.
Əli Hüseynov