İspaniya millisinin baş məşqçisi Luis de la Fuente yığmanın və “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri Hernandes haqda fikirlərini bölüşüb.Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, ispaniyalı futbolçunun yaxşı oyunçu olduğunu bildirib: “Rodri dünya futbolunun ən yaxşı yarımmüdafiəçilərindən biridir. O, mükəmməl “altı nömrə”dir. Həm hücumda, həm də müdafiədə yaxşı çıxış edə bilir. Onun əsas xüsusiyyətini – təvazökarlığını da qeyd etmək istərdim. Bu keyfiyyət sayəsində Rodri irəliləməyi dayandırmır”.Rodri İspaniya millisinin heyətində Almaniyada keçirilən turnirdə Avropa çempionu olub. “Mançester Siti”nin yarımmüdafiəçisi 2024-cü ildə “qızıl top”u qazanmaq üçün favoritlərdən biri hesab olunur.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта