RU

Rusiyada yeni səfərbərlik olacaq? - Peskov açıqladı

Hazırda Rusiyada yeni səfərbərlik dalğasının mümkünlüyü müzakirə olunmur.

Modern.az zəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladivostokda keçirilən Şərq İqtisadi Forumu çərçivəsində bildirib.

Bununla yanaşı, o, “Rusiya Federasiyasının Müdafiə Nazirliyi ilə müqavilə bağlamaq, xüsusən də Ukraynadakı hərbi əməliyyatlarda iştirak etmək istəyənlərin sayı artmaqdadır” deyib.

“Həqiqətən, getdikcə daha çox insan müqavilə imzalamağa hazırlaşır”, - Peskov əlavə edib.

Rusiya Müdafiə Nazirliyinin məlumatlarına görə, 2024-cü ilin əvvəlindən iyul ayına kimi 190 minə yaxın şəxslə müqavilə imzalayıb.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
10
1
modern.az

2Источники