RU

Qəhrəman şəhidimiz Ayşad Əzizovun doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu olan Ayşad Əzizov 5 sentyabr 1990-ci il tarixində Tərtər rayonunun Əskipara kəndində anadan olub.

O, 2020-ci il sentyabrında başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərə qatılıb və sentyabrın 27-də Talış kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Ayşad Əzizov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhu şad olsun!

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
34
qht.az

1Источники