“Çelsi” əsas heyət oyunçusu Malo Qyustonu itirib. Matc.az xəbər verir ki, 21 yaşlı sağ cinah müdafiəçisi bud nahiyəsindən zədələnib. Fransalı oyunçu Premyer Liqanın III turunda “Kristal Pelas”la görüşdə (1:1) xəsarət alaraq 74-cü dəqiqədə əvəzlənib. O, Fransanın gənclər millisinin qarşıdakı rəsmi oyunlar üçün heyətindən kənarlaşdırılıb. Qeyd edək ki, Malo Qyusto bu mövsüm “Çelsi”nin 4 matçında 266 dəqiqə meydanda olub.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта