RU

Yaponiyada doğum sayı 55 ilin ən aşağı səviyyəsindədir

Bakı, TurkicWorld

Yaponiyada ilin ilk 6 ayında doğulan körpə sayı 1969-cu ildən bəri ən aşağı səviyyəyə enib.

TurkicWorld xəbər verir ki,bu barədə Yaponiya Səhiyyə, Əmək və Rifah Nazirliyi məlumat verib.

Məlumata görə, bu ilin yanvar-iyun ayları dövründə cəmi 350,074 körpə dünyaya gəlib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə altı faiz azdır.

Eyni zamanda, ölənlərin sayı 811,819-ə çataraq son 55 ilin ən yüksək səviyyəsini göstərib. Doğum sayının azalması isə artıq üçüncü ildir ki, 400 mindən aşağı səviyyədə qalır.

Yaponiyanın Səhiyyə Naziri Takemi Keizo, bu vəziyyəti "olduqca kritik" adlandıraraq, ölkə əhalisinin 2030-cu illərdə daha da sürətlə azalacağının gözlənildiyini qeyd edib.

Qeyd edək kii, Milli Əhali və Sosial Təminat Araşdırma İnstitutu, 2035-ci ildə yeni doğulanların sayının 760 mindən aşağı düşəcəyini proqnozlaşdırmışdı, lakin bu proqnoz gözləniləndən 12 il əvvəl gerçəkləşib. Yaponiyanın baş naziri Kişida Fumio isə doğum nisbətinin azalmasının ölkənin sosial funksiyalarını itirmə təhlükəsi yaratdığını vurğulayıb.

Избранный
126
turkic.world

1Источники