Sentyabrın 5-də Bakıda Türk Mədəniyyəti və İrsi Fondunda qırğız yazıçısı Beqijon Ahmedovun Azərbaycan dilinə tərcümə edilmiş “Dərviş” (“Sərgərdan”) kitabının təqdimat mərasimi keçirilib.
Kulis.az xəbər verir ki, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova qonaqları salamlayaraq rəhbərlik etdiyi strukturun Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və Qazaxıstan, Qırğızıstan və Türkiyənin dövlət başçılarının dəstəyi ilə yaradıldığını diqqətə çatdırıb.
O əlavə edib ki, Fondun nizamnaməsi Türk Şurasının 2012-ci il avqustun 23-də Bişkekdə keçirilən sammitində qəbul edilib.
“2020-ci ilin ən yaxşı kitabı” nominasiyasının qalibi olmuş “Dərviş” kitabının tərcüməçisi Munisə İsmayılovadır.