II Liqanın ilk turu çərçivəsində baş tutan "Şəki Siti"-"Şəmkir" oyununun 74-cü dəqiqəsində meydan sahiblərinin heyətində Ramin Məmmədov oyuna daxil olub. "77" nömrəli futbolçunun adı sifariş ərizəsində olmadığına görə şəkililərə texniki məğlubiyyət verilib. Klub 400 manat məbləğində cərimə olunub.
"Şəki Siti"nin prezidenti Elgün Hüseynov Offsideplus.az-a açıqlamasında məsələyə aydınlıq gətirdi:
"Diqqətsizlik nəticəsində oyunçunu sifariş ərizəsinə daxil etməmişdik. Matç günü iş çox olur, qarışıqlıq düşür, həm də ilk tur olduğu üçün fikrimizdən yayınıb. Məşqçi adının protokolda olub-olmamasına diqqət etməyib. Nəticədə belə bir problem yaşandı. Xal olaraq itirdiyimiz bir şey yoxdur. Onsuz da 3:0 uduzmuşduq. Amma, 400 manat məbləğində cərimə olunmağımız pis oldu".