RU

"Qarabağ"ın yeni transferləri haqda: "Addai və Kaşuk faydalı olacaq"

"Kaşuk tanıdığımız futbolçudur, Keyfiyyətli, sürətli, "Qarabağ"a kömək edə biləcək futbolçudur. Azərbaycana gəlmiş sayılıb-seçilən, yaxşı futbolçulardandır. Gəncdir. Gələcəyi qarşıdadır. Önəmli olan isə oynamasıdır. Məsələn, Aleksey İsayev "Qarabağ"a getdi, ancaq çox oynamadı. Ona görə əsas olan oynamaqdır.Oynasa, "Qarabağ" üçün çox faydalı olacaq. "Qarabağ"ın oyun ssiteminə də uyğun futbolçudur.  İnanıram ki, komandanın uğurlarında pay sahibi olacaq".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Qarabağ"ın sabiq üzvü Əfran İsmayılov deyib.

Ağdam klubunun keçmiş futbolçusu Azərbaycan çempionunun yeni transferləri Emmanuel Addai və Aleksey Kaçuk barədə fikirlərini bildirib:

"Addai və Kaşukun gəlməsi "Qarabağ" üçün güclənmək deməkdir. "Zirə" ilə matçda Addaini izlədim. Sürətli, cəld, çevik futbolçudur."Qarabağ"da da artıq fikirləşirlər ki, komandada olan bəzi futbolçularda yaş öz sözünü deyəcək. Ona görə də, daha gənc, daha çevik, daha keyfiyyətli oyunçular tapmaq istəyirlər. Kaşuk və Addai ən real namizədlərdir. İnanıram ki, "Qarabağ" üçün hər ikisi faydalı olacaq. Cinah oyunçusu üçün əsas olan rəqibi birəbirdə keçməkdir, sürətli və cəldliyinin olmasıdır. Mən özüm də, bu mövqedə oynamışam. Bir də, az da olsa, müdafiəyə qayıdıb, kömək etməlidir. Addai və Kaşukda da hər ikisi var, asist edirlər, qol vururlar. Hər ikisi "Qarabağ" üçün faydalı olacaq".

Mirbağırağa

saytlarin hazirlanmasi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
80
sportal.az

1Источники