RU

Sibiqa Ukraynanın yeni xarici işlər naziridir


Ali Rada Ukrayna xarici işlər nazirinin keçmiş birinci müavini Andrey Sibiqanın yeni xarici işlər naziri təyin edilməsinə razılıq verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna parlamentinin deputatı Yaroslav Jeleznyak “Telegram” kanalında məlumat verib.
Onun sözlərinə görə, bu qərarı 258 deputat dəstəkləyib.
Əvvəllər Ukrayna prezidentinin aparatında işləmiş Sibiqanın namizədliyini bundan əvvəl dövlət başçısı Volodimir Zelenski təqdim edib.
Qeyd edək ki, bundan əvvəl Ali Rada 2020-ci ilin martından nazirliyin keçmiş rəhbəri Dmitri Kulebanın istefasına səs verib. Kulebanın istefası yalnız ikinci cəhddə təsdiqlənib. Bir gün əvvəl məsələ gündəliyə çıxarılanda səsvermə baş tutmayıb. Çünki müxalifətin fikrincə, prezidentyönlü partiya lazımi sayda səs toplaya bilməyib.
Избранный
112
yeniavaz.com

1Источники