RU

Formula 1 komandası yeni sürücüsünü Bakıda elan edəcək

“Sky Sports”un məlumatına görə, Formula 1-də çıxış edən RB komandası 2025-ci il mövsümü üçün yeni pilotunun adını Azərbaycan qran-prisindən əvvəl elan edə bilər. Bununla da Yuki Tsunodanın komanda yoldaşının kim olacağı bilinəcək.

“RB-də sürücülərin heyəti Azərbaycan qran-prisinə qədər açıqlanacaqmı? Hamımız bunu gözləyirik. Daniel Rikkardo da bunu etiraf etdi. Hər kəs gələn il RB-də Liam Lousonun Yuki Tsunodanın yoldaşı olacağını gözləyir”, – deyə tanınmış ekspert Ted Kravitz vurğulayıb.

Xatırladaq ki, Azərbaycan qran-prisi sentyabrın 13-dən 15-dək baş tutacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
56
futbolinfo.az

1Источники