Məsələyə münasibət bildirən nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a açıqlamasında şikayətlərə qatılmadığını deyib:
“Bu yaxınlarda həmin avtobusla ətraf qəsəbəyə getmişəm və çox razı qalmışam. Rahat, konfortlu avtobuslardır, yubanma da olmayıb. Ola bilər ki, günün müəyyən saatlarında bəzi yollarda tıxac olur və ya hansısa gün şəhərdə tədbir olub, sözügedən avtobuslar gecikib”.
Ekspres avtobusların mikrobas, “dolmuş” kimi nəqliyyat vasitələri ilə əvəzlənməsi fikrinə gəlincə isə E.Cəfərov bunun baş verəcəyini düşünmür:
“Ekspres avtobuslar yəqin ki əvəzlənməyəcək. Çünki ən effektiv vasitədir hazırda və razı olan insanlar da çoxdur. Mikroavtobuslara gəldikdə isə əvvəlcə sahibkarlar baxmalıdırlar ki, onların avtomobil parkında bugünkü müasir sərnişindaşımaya cavab verən nəqliyyat vasitələri mövcuddur, ya, yox. Əməli işə gələndə görürük ki, sahibkarların avtomobil parkında olan vasitələr müasir standarlara cavab vermir, nə təhlükəsizlik baxımından, nə də keyfiyyət sarıdan. Yəqin ki, bu tələblərə cavab verən sahibkarlar müvafiq qurumların elan etdiyi tenderlərdə iştirak edirlər. Fərdi qaydada sərnişindaşıma ilə məşğul olmaq istəyən şəxslər – istər taksi, istər mikrobas sürücüsü olsun, yenə də lisenziya almalıdırlar, uyğunluq vərəqələri, buraxılış vəsiqələri olmalıdır.
Bu gün ictimai nəqliyyat tam olaraq dövlətin əlində deyil. Dövlət nəzarət edir, amma bu sahəyə biznes subyektləri cəlb olunub. Yəni açıq tenderdir, özünəgüvənən sahibkarlar iştirak edə bilərlər”.
Törə Zeynallı
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.