RU

320 ton qaçaq yanacaq ələ keçirildi

İstanbul Təhlükəsizlik Müdirliyi Qaçaqmalçılıqla Mübarizə Şöbəsi qrupları yanacaq qaçaqmalçılığı ilə əlaqədar iş başladıb. Şəhər üzrə texniki və fiziki monitorinq aparan qruplar müəyyən ediblər ki, dizel yanacağına oxşar olan və tullantı mineral yağların tezalışan həlledicilər, durulaşdırıcılar və mazut törəmələri ilə qarışdırılıb emal edilərək istehsal olunan “No10 mazu” adlanan mazut, hazırlanaraq bazara çıxarılacaq.

News24.az xəbər verir ki, bunun üzərinə hərəkətə keçən qruplar Tuzla, Ümraniye, Eyüpsultan, Sultanbəyli, Esenyurt, Başakşehir, Zeytinburnu, Sultangazi, Pendik, Ataşehir, Avcılar, Çatalca və Çekmeköydə müəyyən edilən ünvanlarda keçirdikləri əməliyyatda 23 şübhəlini saxlayıb.

Ünvanlarda aparılan axtarışlar zamanı 320 ton qaçaqmalçılıq yolu ilə satışa hazır yanacaq və onların daşınmasında istifadə olunduğu müəyyən edilmiş 7 nəqliyyat vasitəsi aşkar edilərək götürülüb.

Şübhəlilər barəsində “yanacaq qaçaqmalçılığı” maddəsi ilə cinayət işi başlanıb.

Məryəm İlhamqızı

Избранный
101
news24.az

1Источники