İsveç avtomobil istehsalçısı olan "Volvo Cars" 2030-cu ildə tam elektrikli avtomobillər satmaq məqsədindən imtina edib.
Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bununla bağlı şirkət açıqlama yayıb.
Açıqlamaya görə, tam elektriklə işləyən avtomobillərin əvəzinə "plug-in" avtomobillərə, eləcə də bəzi hibrid mühərrikli avtomobillərə üstünlük veriləcək.
Baş direktor Jim Rovan bildirib ki, elektrikli nəqliyyat vasitələrinə keçid xətti olmayacaq.
Gülşən Şərif